Ozzi by Italdizain — marketpleys üçün dizaynın hazırlanması

Ozzi by Italdizain — marketpleys üçün dizaynın hazırlanması

2021-06-09
İcra müddəti: 90 gün
Müştəri:
“Ozzi” “Italdizain” holdinqinin tərkib hissəsidir. Azərbaycanda istəniln zövqə uyğun geniş çeşiddə məhsullar təklif edən böyük marketpleysdir. Burada nəfis zinət əşyaları, dəbli qab-qacaq, yüksək keyfiyyətli tekstil, məişət əşyaları, məişət texnikası, elektronika və s. tapa bilərsiniz.
Tapşırıq:
Müştəri marketpleysə çevrilmək məqsədilə internet mağazasının dizaynının yenilənməsi üçün müraciət etmişdir. Yeni resurs sadə və səliqəli olmalı, eyni zamanda məhsulları detallı nümayiş etdirməli, rahat kataloqlara, filtrlərə, məhsul kartlarına malik olmalı, satıcıları və sifarişləri idarə etmək üçün imkanlar təqdim etməli, həmçinin şirkətin biznesinin inkişafına töhfə verməli idi.
Həll:
Tapşırığı yerinə yetirmək üçün komandamız mövcud onlayn mağazanın strukturunun və funksionallığının hərtərəfli təhlilini həyata keçirtdi. Müştərilərin istifadəçi təcrübəsinə əsaslanaraq, mövcud funksiyaların optimallaşdırılmasına və marketpleysin uğurla fəaliyyət göstərməsi üçün zəruri olan yeni funksionallığın inteqrasiyasına diqqət yetirdik.
Bütün layihələr
Order successfuly sending