Kontekstli reklam

Lidlərdən ROI-yə

Kontekstli reklamın effektivliyini artırmaq

Kontekstli reklam konvertasiya və yüksək gəlirlilik səviyyəsi (ROI) əldə etmək üçün potensial müştərilərin cəlb edilməsivasitəsindən müasir biznesin əvəzolunmaz bir hissəsinə çevrilib.

“Make Agency” olaraq bu güclü alətdən maksimum yararlanmağı bilirik ki, biznesiniz yeni zirvələrə çatsın və daimi qazanc əldə etsin.

______________________-______________65103fd92961a.jpg

Əsas mərhələlər

“Mage Agency” peşəkarlarının əlində kontekstli reklam satışları artırmağa imkan verən güclü vasitədir.

Təhlil və tədqiqat

İlk növbədə hədəf auditoriyanızı və biznesiniz üçün ən vacib olan açar sözləri müəyyənləşdirməklə, geniş bazar və rəqib araşdırması həyata keçirilir.

Kampaniyanın yaradılması

Bu mərhələdə reklam kampaniyaları hazırlanır və onların tənzimlənməsi yerinə yetirilir. Buraya açar sözlərin seçilməsi, reklam mətnlərinin yazılması və büdcənin təyin edilməsi daxildir.

Monitorinq və optimallaşdırma

Kontekstli reklam daimi monitorinq və optimallaşdırma tələb edir. Buraya açar sözlər, reklamlar və büdcənin təhlili daxildir.

Mütəmadi hesabatlar

Müştərilərə reklam kampaniyalarının gedişatı və effektivliyi barədə mütəmadi hesabatlar verilir. Bu hesabatlar müştərilərə işlərin necə getdiyini və nəticələri yaxşılaşdırmaq üçün hansı addımların atılması lazım olduğunu anlamağa kömək edir.

Strategiyanın tənzimlənməsi

Nəticələrə və hesabatlara əsasən, maksimum effektivliyə nail olmaq üçün kontekstli reklam strategiyasına düzəlişlər edilə bilər.

Təkmilləşdirmə və inkişaf

Kontekstli reklam ən yaxşı nəticələr əldə etmək üçün hər zaman təkmilləşdirilə və inkişaf etdirilə bilən bir prosesdir.

Daimi yeniləmə

Reklam platformaları daim dəyişdiyi və təkmilləşdiyi üçün qabaqcıl mövqedə qalmaq məqsədilə strategiyaları daim yeniləmək vacibdir.

Qiymətlərimiz

Hər bir layihənin unikal olduğunu və standart tarif paketlərindən istifadə etməklə qiymətlərin təyin edilə bilməyəcəyini anlayırıq.

Kontekstli reklamın qiyməti istifadə olunacaq platformaların və vasitələrin seçimi kimi parametrlər nəzərə alınmaqla fərdi olaraq hesablanır. Bu seçim şirkətinizin biznes məqsədlərindən və auditoriyasından asılıdır. Bütün bu amillər təqdim edəcəyimiz fərdi media planında öz əksini tapır.

İdeyanızı müzakirə etmək və gözləntilərinizə tam cavab verəcək fərdi təklif almaq üçün bizimlə əlaqə saxlayın.

Layihəyə başlamaq istəyirsiniz?

Maraqlandığınız xidməti seçin
Ad düzgün qeyd olunmayıb
Telefon nömrəsi düzgün qeyd olunmayıb
"Göndər" düyməsini klikləməklə şəxsi məlumatlarınızın emalına razılıq vermiş olursunuz.
Order successfuly sending