Kontekstli reklam konvertasiya və yüksək gəlirlilik səviyyəsi (ROI) əldə etmək üçün potensial müştərilərin cəlb edilməsivasitəsindən müasir biznesin əvəzolunmaz bir hissəsinə çevrilib.
“Make Agency” olaraq bu güclü alətdən maksimum yararlanmağı bilirik ki, biznesiniz yeni zirvələrə çatsın və daimi qazanc əldə etsin.
“Mage Agency” peşəkarlarının əlində kontekstli reklam satışları artırmağa imkan verən güclü vasitədir.
İlk növbədə hədəf auditoriyanızı və biznesiniz üçün ən vacib olan açar sözləri müəyyənləşdirməklə, geniş bazar və rəqib araşdırması həyata keçirilir.
Bu mərhələdə reklam kampaniyaları hazırlanır və onların tənzimlənməsi yerinə yetirilir. Buraya açar sözlərin seçilməsi, reklam mətnlərinin yazılması və büdcənin təyin edilməsi daxildir.
Kontekstli reklam daimi monitorinq və optimallaşdırma tələb edir. Buraya açar sözlər, reklamlar və büdcənin təhlili daxildir.
Müştərilərə reklam kampaniyalarının gedişatı və effektivliyi barədə mütəmadi hesabatlar verilir. Bu hesabatlar müştərilərə işlərin necə getdiyini və nəticələri yaxşılaşdırmaq üçün hansı addımların atılması lazım olduğunu anlamağa kömək edir.
Nəticələrə və hesabatlara əsasən, maksimum effektivliyə nail olmaq üçün kontekstli reklam strategiyasına düzəlişlər edilə bilər.
Kontekstli reklam ən yaxşı nəticələr əldə etmək üçün hər zaman təkmilləşdirilə və inkişaf etdirilə bilən bir prosesdir.
Reklam platformaları daim dəyişdiyi və təkmilləşdiyi üçün qabaqcıl mövqedə qalmaq məqsədilə strategiyaları daim yeniləmək vacibdir.
Kontekstli reklamın qiyməti istifadə olunacaq platformaların və vasitələrin seçimi kimi parametrlər nəzərə alınmaqla fərdi olaraq hesablanır. Bu seçim şirkətinizin biznes məqsədlərindən və auditoriyasından asılıdır. Bütün bu amillər təqdim edəcəyimiz fərdi media planında öz əksini tapır.
İdeyanızı müzakirə etmək və gözləntilərinizə tam cavab verəcək fərdi təklif almaq üçün bizimlə əlaqə saxlayın.