Brend dizaynı

Yadda qalan ilk təəssürat

İnsan məlumatların təxminən 85%-ni ətraf aləmin vizual qavrayışı ilə mənimsəyir...

Buna görə də təəccüblü deyil ki, vizual ünsiyyət brend dizaynında və inkişaf strategiyasında əsas rol oynayır. Onlar bir-biri ilə bağlıdır və vahid prosesin tərkib hissəsini təşkil edir.

______________-____________650fef999d34c.jpg

Vizual kimliyin elementləri

Kimlik brendin qavranılması və tanınmasının formalaşmasında əsas rol oynayır.

Mütəxəssislərimiz brendinizin ruhunu dəqiq əks etdirən və bazarda özünəməxsusluğunu vurğulayan mükəmməl vizual kimliyini yaratmağa kömək edəcəklər.

Şrift seçimi

Bu mərhələdə brend dizaynında istifadə olunacaq şrift və ya şrift qrupu müəyyən edilir. Buraya mətn elementləri üçün əsas şriftin, vurğu və ya başlıqlar üçün ikinci dərəcəli şriftlərin seçilməsi daxildir.

Rəng seçimi

Markanı təsvir edəcək rəng palitrası hazırlanır. Brendin əsas rəngləri, onların “Pantone” və ya RGB sistemindəki kodları, eləcə də rənlərin tətbiqi üsulları müəyyən edilir.

Korporativ qrafika

Marka ilə əlaqələndiriləcək unikal qrafik elementlər yaradılır. Buraya loqotiplər, simvollar, nişanlar, tanınan naxışlar və ya digər qrafik elementlər daxil ola bilər.

Test və uyğunlaşma

Şriftin, rənglərin və korporativ qrafikanın brendə və onun məqsədlərinə uyğun olub olmaması yoxlanılır. Lazım gələrsə düzəlişlər edilir.

Brendbuka nələr daxildir?

Brendbuk brendin unikallığını və kimliyini müəyyən edən rəsmi sənəddir.

Əslində, brendbuk aşağıdakıları özündə birləşdirən bir bələdçidir:

1

Brend strategiyası: brendin dəyərlərini, fəlsəfəsini və missiyasını təsvir edir.

2

Brend identifikasiyası: brendin loqosu və simvolu, onların proporsiyaları, rəngləri və istifadə variantları.

3

Brend elementləri: özünəməxsus vizual abu-hava yaradan rəng palitrası və bənzərsiz teksturlar.

4

Şriftlər: korporativ şriftlər və tətbiq nümunələri ilə əlavə seçimlər.

5

Marka işarələri: brend ilə əlaqəli vacib simvollar.

6

Reklam materialları: nümunələr və tövsiyələrlə reklam üçün məlumatlar.

7

Korporativ sənədlər: şirkətin fəaliyyəti ilə əlaqəli vacib sənədlər.

Qiymətlərimiz

Xidmətlərimizin qiyməti bir çox amillərdən asılıdır və bu səbəbdən biz şablon qiymət təklifi təqdim etmirik.

Hər bir layihə unikaldır və biz fərdi yanaşmaya böyük əhəmiyyət veririk. İşinizin miqyasını, ehtiyaclarınızı, təhvil tarixini və əlavə xidmətləri nəzərə alırıq. Məqsədimiz sizə gözləntilərinizə və büdcənizə uyğun keyfiyyətli həllər təqdim etməkdir.

Fikrinizi müzakirə etmək və gözləntilərinizə tam cavab verən özəl qiymət təklifi almaq üçün bizimlə əlaqə saxlayın.

Order successfuly sending