Açılış səhifəsi (“Landing page”) reklamla birlikdə istifadə olunur, burada hər bir klikin öz dəyəri var. Buna görə açılış səhifəsinin yüksək keyfiyyətli və mümkün qədər təsirli olması vacibdir.
"Landing page" məhsul və ya xidmət haqqında aydın və qısa məlumatı özündə əks etdirən bir səhifədir. Effektiv çağırış mesajı ("call-to-action") və əlaqə məlumatlar formaları konvertasiya üçün çox önəmlidir.
Açılış səhifəsinin dizaynı cəlbedici və brendinizə uyğun olmalıdır.
Ziyarətçinin ilk gördüyü mesajdır və diqqəti cəlb etmək üçün ən vacib vasitələrdən biridir.
Müştəri rəyləri, reytinqləri və tövsiyələri etibarı artırır, məhsul və ya xidmətinizin keyfiyyətini təsdiqləyir.
Kreativ və inandırıcı mətnlər diqqəti cəlb etməkdə və ziyarətçini addım atmağa sövq etməkdə əsas rol oynayır.
Qiymətlərimiz hər bir layihənin fərdi ehtiyaclarına uyğun olaraq müəyyən edilir. Biz müştərilərimizə onların gözləntilərinə və büdcələrinə tam uyğun olan şəffaf və ədalətli tarifləri təqdim etməyə çalışırıq.
Layihənizi daha ətraflı müzakirə etmək və özəl qiymət təklifi almaq üçün bizimlə əlaqə saxlayın.