Loqotip

Yadda qalan loqotip

İstehlakçıların 90%-dən çoxu brend haqqında ilk təəssüratlarını onun loqosu və istifadə olunan rəng qamması əsasında formalaşdırır.

Loqo brendin geniş auditoriya tərəfindən qəbul edilməsinə ən çox təsir edən amillərdəndir. Onun dizaynını planlaşdırmaq və reklam materiallarında effektiv yerləşdirmək əsas aspektlərdən birinə çevrilir. Loqo yaradılarkən əsas məqsəd onun istehlakçılar arasında maksimum qavranmasına və tanınmasına nail olmaqdır.

______________651009a6c5aef.jpg

Əsas mərhələlər

Brendinizin vizual qavranışını müəyyən edən mühüm proses.

Tədqiqat və təhlil

Mövcud tendensiyaları və ehtiyacları anlamaq üçün bazar, rəqiblər və hədəf auditoriyası üzrə araşdırmalar aparılır.

Brifinq

Məqsədləri, istəkləri və brend xüsusiyyətlərini müəyyən etmək üçün müştəri ilə görüş keçirilir.

İdeyaların toplanması

Brend dəyərlərini və məqsədini nəzərə alaraq çoxlu konsepsiyalar və eskizlər yaradılır.

Prototiplərin yaradılması

Qiymətləndirmə və seçim üçün loqotip ideyaları vizuallaşdırılır.

Dizayn və hazırlanma

Rəng sxemi, şrift və kompozisiya nəzərə alınmaqla yekun loqo dizaynı yaradılır.

Test və uyğunlaşdırma

Loqo fərqli-fərqli daşıyıcılarda sınaqdan keçirilir, müxtəlif media və platformalar üçün uyğunlaşdırılır.

Son versiya

Loqonun son variantı yaradılır və müştəriyə təhvil verilir.

Qiymətlərimiz

Gözləntilərinizi tam şəkildə qarşılayacaq və brendinizin unikallığını vurğulayacaq bir loqotip.

Loqotip dizaynı üzrə qiymətlərimiz müxtəlif amillərdən, layihənin mürəkkəbliyindən, əhatə dairəsindən və fərdiləşdirmə səviyyəsindən asılıdır. Biz müştərilərimizin ehtiyaclarına uyğun qiymətlər təklif edirik. Hər bir layihə fərdi şəkildə təhlil edilir və onun tələblərinə əsasən qiymət formalaşdırılır.

Dəqiq qiymət təklifi almaq və istəklərinizi müzakirə etmək üçün bizimlə əlaqə saxlayın. Komandamız bütün suallarınızı cavablandıracaq və individual təklif təqdim edəcək.

Order successfuly sending