Neslikhan üçün brend dizaynı

Neslikhan üçün brend dizaynı

2025-07-20
İcra müddəti: 30 gün
Müştəri:
Neslikhan — 15 ildən artıq təcrübəyə sahib, ev və ofis məkanları üçün fərdi, estetik və funksional mebel həlləri təqdim edən şirkətdir. Brendin əsas məqsədi — müasir dizaynı rahatlıq və yüksək keyfiyyətlə birləşdirərək məkanlara dəyər qatmaqdır.
Tapşırıq:
Şirkətin premium ruhunu əks etdirən, eyni zamanda müasir bazarda fərqlənməsinə imkan verən yeni loqo və brend kimliyi yaratmaq. Hədəf — sadəlik, zəriflik və peşəkarlığı bir vizual sistemdə cəmləşdirmək idi.
Həll:
Make Agency komandası minimalizmə əsaslanan, lakin xarakterli loqo konsepti hazırladı. Loqo kəskin xətləri, simmetriyanı və müasir estetikanı birləşdirərək Neslikhan-ın dizayn fəlsəfəsini nümayiş etdirir. Yeni brend sistemi rəqəmsal platformalarda, çap işlərində və interyer tətbiqlərində problemsiz istifadə olunur və markanın premium mövqeyini gücləndirir.
Bütün layihələr
Order successfuly sending