Penguin — korporativ veb-saytın hazırlanması

Penguin — korporativ veb-saytın hazırlanması

2023-07-01
İcra müddəti: 2 gün
Müştəri:
“Penguin” ciddi laboratoriya təstlərindən keçmiş yüksək keyfiyyətli məhsullar təklif edən Azərbaycanın aparıcı boya brendidir.
Tapşırıq:
Məhsulların ətraflı təsvirini və eyni zamanda rahat rəng palitrasını nümayiş etdirən detallı korporativ kataloq veb-saytını hazırlamaq. Əsas məqsəd həm istehlakçılar, həm də biznes tərəfdaşları üçün rahat naviqasiyanı təmin etmək idi. Sayt üç dildə olmalı idi: Azərbaycan, rus və ingilis.
Həll:
Nəticədə xırda detallara qədər düşünülmüş dizayn və düzgün quruluşa malik cəlbedici və imic yönümlü veb-sayt alındı. İstifadəçilərin rahatlığını artırmaq üçün çoxfunksiyalı konfiqurator təqdim olundu ki, bu da boya seçimi zamanı interyerə uyğun rənglərin seçilməsini asanlaşdırır.
Bütün layihələr
Order successfuly sending