Bloq

SEO Nədir? SEO Optimizasiya Niyə Vacibdir? Necə Edilir?

seo-nedir66ca0a0a1b3da.png

SEO nədir sualının cavabı demək olar ki, SEO xidmeti adını eşidən hər bir biznes üçün maraqlıdır. Bir çox şirkət sahibi rəqəmsal marketinq fəaliyyətlərini gücləndirmək üçün SEO xidməti ilə maraqlanır. Bu zaman ortaya çıxan bir neçə maraqlı sual var:


  • SEO nədir?
  • Mən niyə SEO-dan faydalanmalıyam?
  • SEO-nun faydaları nələrdir?


Məhz bu sualları cavablandırmaq üçün biz bu yazıda SEO nədir haqqında danışacağıq. Make.az olaraq uzun illərdir ki, yerli və xarici bazarda fəaliyyət göstərən şirkətlərin SEO optimizasiya proseslərini idarə edirik. Bununla bağlı olaraq, illər ərzində SEO haqqında geniş təcrübə toplamışıq. Bu yazıda siz SEO-nu məhz SEO edənlərdən öyrənəcəksiniz.


SEO nədir?


Saytınızı Google axtarış sistemlərində ilk sıralara daşımaq üçün edilən optimizasiya proseslərinin hamısına SEO deyilir. Axtarış motoru optimizasiyası sözünün qısaldılmış halı olan SEO, saytın axtarış motorlarının qayda-qanunlarına, istifadəçilərin ehtiyac və davranışlarına, markanın ümumi marketinq hədəflərinə bağlı olaraq optimizasiya edilməsini ifadə edir.


SEO-nun vacibliyini sizə çox qısa bir görüntü ilə izah edə bilərik.




Biz Google-də “kirayə mənzillər” açar sözü ilə axtarış etdiyimiz zaman Google nəticələrində bir sıra saytlar görürük. Bu saytlardan bəziləri çox yuxarı, bəziləri isə aşağı sıralarda görünür. Adətən Google-də birinci çıxan sayt hər zaman daha çox sayt trafiki alır. Bu hal da həmin saytın satışlarının artmasına təsir göstərir.


Bəs, hansı saytın 1-ci yerdə çıxacağı nəyə əsasən müəyyən olunur?

Bir çox amil var. Əsas amil isə SEO-dur.


Saytın SEO vəziyyəti nə qədər yaxşıdırsa, sayt əlaqəli açar sözlər üzrə axtarışlarda o qədər yaxşı nəticə göstərir. Təbii ki, burada SEO-dan əlavə saytın yaşı, markanın ümumi rəqəmsal marketinq fəaliyyətləri, Google axtarış alqoritminin saytları dəyərləndirməsi, istifadəçi davranışları kimi faktorlar da rol oynayır.


Bir saytın Google axtarış motoru tərəfindən yüksək qiymətləndirilməsi üçün:


  • Saytın ümumi SEO vəziyyəti yaxşı olmalıdır.
  • Sayt səhifə-xarici SEO cəhətdən güclü backlinklərlə yaxşılaşdırılmalıdır.
  • Sayt istifadəçilərin axtarış edərkən ən çox istifadə etdiyi açar sözlərə uyğunlaşdırılmalıdır.
  • Sayt rəqib saytlardan daha yaxşı vəziyyətdə olmalıdır.
  • Saytın texniki problemləri aradan qaldırılmalı, SEO üçün əlverişli vəziyyətə gətirilməlidir.


Təbii ki, bu siyahıya daha çox maddə əlavə edə bilərik. İndiki gündə Google bizə saytları nəyə əsasən dəyərləndirdiyini açıq olaraq deməsə belə, SEO mütəxəssisləri bir saytın SEO cəhətdən uyğunluğunu təmin edən bir çox amil haqqında məlumat sahibidirlər.


SEO sizə nələr qazandırır?


Bir çox biznes sahibi SEO ilə nələr əldə edə biləcəyini bilmir. Bu isə həmin bizneslərin böyük fürsətləri qaçırmasına səbəb olur. Odur ki, SEO nədir haqqında məlumat aldığımıza görə əsas sualı cavablandırmağa başlaya bilərik.


  • SEO sayta keyfiyyətli trafik gətirir.
  • SEO saytınızı potensial müştərilərin qarşısına çıxarır.
  • SEO satışlarınızı artırır.
  • SEO uzunmüddətli nəticələr verir, sizi böyük reklam xərclərindən azad edir.
  • SEO rəqabət üstünlüyü qazandırır.


Deyə bilərsiniz ki, SEO bu qədər faydanı necə verir?


Əslində, SEO çətin işdir. SEO səbr və zəhmət tələb edir. Bir SEO kampaniyasının tam şəkildə icra edilməsi minimum 1 il çəkir. Bu o deməkdir ki, marka ilk 1 ildə SEO-dan sadəcə 35-50% nəticə ala bilir. Bu mərhələdə SEO mütəxəssisləri saytı Google axtarış motoru üçün optimizasiya edərək saytın ümumi vəziyyətini yaxşılaşdırırlar.


Əgər qurulan SEO strategiyası tam və düzgün şəkildə tətbiq olunsa, marka SEO-nun uzunmüddətli faydalarını hiss etməyə başlayır. Əsas açar sözlər üzrə ilk sıraları ələ keçirən bir saytın həmin mövqedən aşağı düşməsi olduqca çətindir.


Bu səbəbdən, SEO uzunmüddətli, zəhmət tələb edən lakin investisiyanın qarşılığını verən bir marketinq strategiyasıdır.


SEO niyə vacibdir?


SEO bütün bizneslər üçün çox vacibdir. Bunun əsas səbəbi isə, reklam büdcələrinin hər gün daha da artmasıdır. Markalar ödənişli reklamlardan asılı olmamaq üçün SEO-ya investisiya etməlidirlər. Davamlı şəkildə SEO investisiyası etmək markanın Google axtarış sistemində ilk sıralarda görünməsinə və artıq Google reklamlarına ödənişlərini azaltmasına kömək edə bilər.


SEO xidmətləri eyni zamanda sayt trafikini artırmaq, potensial müştəriləri sayta cəlb etmək, markanın gücünü artırmaq və nəticədə satışları yüksəltmək üçün vacibdir.


SEO-dan nə vaxt nəticə almaq olar?


Əgər SEO-dan faydalanmağı düşünürsünüzsə, siz bu xidmətin sizə nə vaxt fayda verəcəyini düşünə bilərsiniz. Bu SEO proseslərini idarə edən təminatçı şirkətin və ya SEO mütəxəssisinin sürətinə, görülən işin böyüklüyünə, görülən işin Google axtarış motoru tərəfindən dəyərləndirilməsinə və markanın hədəflərinə bağlıdır.


Şirkətlər SEO-dan adətən ilk 3-4 ay içərisində nəticə əldə etməyə başlayırlar. Lakin tam və ən doğru nəticələr üçün 6-12 aylıq müddət lazımdır. Bu müddət ərzində saytda çoxlu dəyişikliklər olunduğu üçün trafikdə azalmalar, dalğalanmalar görülməsi normaldır.


Nəticə etibarilə, SEO-dan ən yaxşı nəticələri görmək üçün ən az 1 il dayanmadan intensiv SEO fəaliyyəti görmək lazımdır.


SEO necə edilir?


SEO kompleks bir prosesdir. SEO nece edilir sualının cavabı, sualın özü qədər çətindir. SEO tək bir prosesdən ibarət deyil. Tam tərsinə, SEO birdən çox işin toplamıdır. SEO mütəxəssisi bir saytın SEO-sunu edərkən:


  • Saytın daxili səhifələrinin optimizasiyasına
  • Saytın xarici optimizasiyasına
  • Saytın məzmunlarının keyfiyyətinə və SEO-ya uyğun olub olmamasına
  • Saytın texniki problemlərinin həllinə fokuslanır


Bunlardan əlavə, SEO mütəxəssisi və ya SEO agentliyi davamlı olaraq saytı nəzarət altında saxlayır, testlər edir və testlərin nəticəsinə görə saytda düzəlişlər aparır.


Səhifə daxili SEO (On-page SEO) nədir?


SEO-nun ən vacib qollarından biri səhifə daxili SEO və ya “on-page SEO”-dur. Səhifə daxili SEO saytın istifadəçi tərəfindən görülən hissələrinin SEO optimizasiyası prosesidir. Səhifə daxili SEO zamanı saytdakı bütün vacib səhifələr istifadəçi sorğularına uyğun şəkildə optimizasiya olunur. Səhifə daxili SEO prosesinə açar söz araşdırması, açar sözlərin istifadə olunması, məzmun yaradılması, mövzu başlıqlarının optimizasiyası, meta məlumatların yaxşılaşdırılması kimi proseslər daxildir. Səhifə daxili SEO bir SEO kampaniyasının ən böyük hissəsini təşkil edir. SEO-dan yaxşı nəticələr almaq üçün səhifə daxili SEO optimizasiya prosesinin düzgün idarə olunması çox vacibdir.


Səhifə xarici SEO (Off-page SEO) nədir?


Səhifə xarici SEO saytımız üçün öz saytımızdan kənarda apardığımız optimizasiyadır. Deyə bilərsiniz ki, öz saytımızdan kənarda nələr edirik ki, bu bizim saytımızın ümumi SEO performansına təsir edir? Səhifə xarici SEO zamanı güclü, saytımızla əlaqəli olan və yüksək trafik göstəricisinə sahib saytlarda linklər yaradaraq öz saytımızın gücünü və reputasiyasını artırırıq. Başqa saytlardan əldə olunan keyfiyyətli linklər bizim saytımız üçün bir növ təsdiq vəzifəsi görür və Google saytımızın keyfiyyətli sayt olduğunu başqa saytlardan aldığı siqnallarla təsdiq edir. 


Səhifə xarici SEO optimizasiya vacib bir məsələ olsa da, bu prosesin düzgün idarə olunmaması fəsadlara yol aça bilər. Spam və ya keyfiyyətsiz saytlardan alınan backlinklər (linklər) saytımıza daimi ziyan vura bilər. Bu səbəbdən SEO prosesi zamanı səhifə xarici SEO işlərinin diqqətli şəkildə icra olunması vacibdir.


SEO prosesində hansı proqramlardan istifadə olunur?


SEO prosesində SEO mütəxəssisləri müxtəlif alətlərdən və proqramlardan yardım alır. Semrush, Ahrefs, Moz, Screaming Frog, Google Analytics və Google Search Console bir SEO optimizasiya kampaniyasında ən çox istifadə olunan alətlərdir. Bu alətlər vasitəsilə mütəxəssislər açar söz araşdırması, bazar analizi, rəqib analizi, link analizi, texniki audit kimi bir çox prosesi idarə edirlər.


SEO mütəxəssisi kimdir və nə edir?


SEO mütəxəssisi bizneslərə və ya fərdlərə SEO xidməti təklif edən əməkdaşdır. SEO mütəxəssisi SEO-nun bütün aspektləri haqqında məlumat və təcrübə sahibi olmalıdır. Təcrübəli bir SEO mütəxəssisi saytın Google axtarış nəticələrindəki sıralamasını, saytın aldığı trafiki və markanın satışlarını artırmalıdır.


SEO nəticələrinizi necə ölçə bilərsiniz?


SEO nəticələrinizi ölçmək üçün istifadə edə biləcəyiniz bir çox alət var. Bunardan biri Google Analytics, digəri isə Google Search Console alətidir. Bu alətlər vasitəsilə saytınızın günlük trafikini, saytın hansı açar sözlər vasitəsilə trafik çəkdiyinizi və saytın ümumi vəziyyətini öyrənə bilərsiniz.

Order successfuly sending