SEO Qiymeti 2024
SEO qiymeti SEO xidmeti almaq istəyən hər kəsi maraqlandıran bir məsələdir. Azərbaycanda SEO qiymeti aylıq 1300 AZN ilə 5000 AZN aralığında dəyişməkdədir. SEO qiymeti bir çox fərqli amildən asılı olaraq dəyişə bilər. Bu yazıda Azərbaycanda SEO qiymətinə təsir göstərən faktorlara nəzər salacağıq.
SEO qiymeti nəyə əsasən müəyyən olunur?
SEO optimizasiya prosesi dinamik bir prosesdir. Hər sayt üçün sabit qiymət müəyyən etmək hər zaman mümkün olmur. Bu səbəbdən SEO qiymeti saytda aparılacaq SEO prosesinin ağırlığına görə müəyyən olunur. Xüsusilə rəqabətli sektorda fəaliyyət göstərən şirkətlərin saytları üçün SEO qiymeti adətən daha bahalı olur. Bunun səbəbi, hədəflənən açar sözlərin rəqabət səviyyəsinin yüksək olması və saytların geniş həcimli olmasıdır.
SEO qiymətlərinə təsir edən digər faktorlar:
- Saytın mövcud vəziyyəti
- Saytın cari sayt-daxili SEO və sayt-xarici SEO vəziyyəti
- SEO prosesindən gözləntiləriniz
- Domen adının yaşı və keçmişi
- Saytın daha öncə Google tərəfindən cəza alıb almaması
- Saytdakı məzmunların vəziyyəti
- Saytda istifadə olunan CMS (Wordpress, Wix, Ghost, Shopify vs.)
- Saytın texniki vəziyyəti
Görüldüyü kimi, saytın SEO optimizasiyasının qiymətinə təsir edən bir çox faktor var. Bu səbəbdən SEO-dan faydalanmaq istəyən şirkətlər əvvəlcə təminatçı şirkətdən sayt auditi istəməli və iş həcminin nə qədər olacağını soruşmalıdır.
SEO qiyməti aylıq ödənilir?
Bəli. SEO aylıq ödəniş olunan bir işdir. Siz SEO dəstəyi aldığınız zaman SEO mütəxəssisinə və ya SEO agentliyinə SEO hədəflərinə çatana qədər ödəniş etməlisiniz.
SEO ilə 1 ayda axtarışlarda 1-ci olmaq mümkündür?
Xeyr. Sadəcə 1 aylıq SEO optmizasiya prosesi saytınızı Google axtarış nəticələrində ilk sıraya daşımayacaq. SEO olduqca kompleks bir işdir və SEO-da sıralamaya təsir edən 200+ faktor mövcuddur. Saytın Google axtarış nəticələrində dominant olması üçün ən azından 6-12 aylıq SEO prosesi mütləqdir.
Sürətli SEO mümkündür?
Sürətli SEO axtarış motorlarında sürətli bir şəkildə yüksəlmək üçün edilir. Tətbiqdə belə bir SEO optimizasiya sadəcə rəqabət səviyyəsi çox aşağı olan sektorlarda fəaliyyət göstərən bizneslərin saytları üçün tətbiq oluna bilər. Əks halda yüksək rəqabətli sektorlarda sürətli SEO təbii bir proses deyil və xeyirdən çox zərəri dəyə bilər.
SEO qiymeti və SEO paketi nələrdən ibarətdir?
Make.az agentliyi olaraq sizə təklif etdiyimiz SEO paketleri ilə biznesinizin veb saytı üçün lazım olan bütün SEO həllərini təklif edirik. Siz bizim SEO paketlərimizə ödəniş etməklə saytınızın Google axtarış motorlarında yüksək performans göstərməsini, saytınızın trafikinin artırılmasını və daha çox müştəriyə çatmasını təmin edə bilərsiniz.
SEO paketimizdə sizə təklif etdiyimiz SEO həlləri:
- Saytın SEO strategiyasının yaradılması
- Sektor və rəqib analizləri
- Aylıq iş planlaması
- Saytın sürətinin artırılması
- Texniki audit və texniki problemlərin həlli
- Şəxsi menecer ilə təmin olunma
- UX/UI düzəlişlərinin edilməsi
- Veb analitikası
- Məzmun dəstəyi
- Linkbildinq
- Açar sözlər üzrə yaxşılaşdırmanın edilməsi
- Hesabat
SEO ilə sayt trafikim artacaq?
Sizə təklif etdiyimiz SEO paketləri saytınızın ümumi SEO vəziyyətini yaxşılaşdıracaq və sayt trafikinizi artıracaq. Əsas açar sözlər üzrə edəcəyimiz yaxşılaşdırmalar ilə siz qısa və orta müddətdə saytınız vasitəsilə hədəf kütlənizin qarşısına çıxa biləcəksiniz.
SEO teklifi al
Sizə təklif etdiyimiz SEO qiymeti və paketləri ilə maraqlanırsınız? Daha detallı bir SEO paketi təklifi almaq istəyirsiniz? O zaman bizə əlaqə vasitələri vasitəsi ilə müraciət edə bilərsiniz. Biz sizin ehtiyaclarınızı nəzərə alaraq saytınız üçün ən ideal SEO paketini hazırlayacaq və sizə qiymət təklifi edəcəyik. Detallı məlumat üçün SEO xidmeti səhifəmizə nəzər sala bilərsiniz.