Bloq

SEO Trendləri: 2024-cü İl Üçün Ən Vacib SEO Trendləri

seo-trends66cf6a6d148dd.png

SEO trendləri haqqında yazdığımız bu yazıda 2024-cü il üçün ən vacib olan SEO trendlərindən bəhs etdik. Yazımızda yer verdiyimiz SEO trendlərinə nəzər salaraq öz SEO xidməti proseslərinizi gücləndirə və SEO-dan daha çox fayda əldə edə bilərsiniz.


#1 Axtarış həcmi yüksək, rəqabət səviyyəsi aşağı olan açar sözləri hədəfləmək


İndiki gündə bir çox sahədə açar sözlərin rəqabət səviyyəsi həddindən artıq yüksək səviyyələrə çatıb. Belə olduğu zaman yeni saytlar və ya SEO cəhətdən təkmilləşdirilməmiş saytlar axtarış nəticələrində geri qala bilirlər. SEO prosesinə başlanılsa belə, hədəf açar sözlər üzrə sıralamalar əldə etməkdə çətinliklər meydana gələ bilir. Bu halda axtarış həcmi yüksək, rəqabət dərəcəsi isə aşağı olan açar sözləri hədəfləmək saytın sürətli formada Google-dən trafik çəkməsinə kömək edəcəkdir.


Açar söz araşdırması edərkən hədəf açar sözlərinizlə əlaqəli olan yüksək axtarış həcmli, aşağı rəqabət səviyyəli açar sözləri tapmağa və onları saytınızda hədəfləməyə başlayın.


#2 Məzmunu istifadəçi axtarış niyyətinə uyğunlaşdırmaq


Google axtarış motoru istifadəçi niyyətini əsas sıralama faktorlarından biri olaraq qəbul edir. Saytda yayımlayanan səhifələrin və məzmunların istifadəçi niyyətini qarşılaması, həmin səhifə və ya məzmunun Google axtarış nəticələrində daha üst sıralarda görünməsinə kömək edəcək. 


İstifadəçi niyyəti dedikdə, istifadəçinin müəyyən bir açar sözü axtararkən hədfinin nə olduğu, nyi görmək istədiyi və necə bir məzmun oxumaq istədiyi nəzərdə tutulur. Nümunə olaraq, siz iPhone 15 axtarışı edən istiadəçilərə bloq xarakterli məzmunlar göstərməməlisiniz. iPhone 15 axtarışı məhz bu məhsulu almaq istəyən və məhsul xüsusiyyətləri, məhsulun qiyməti, kredit şərtləri və çatdırılma kimi məlumatlarla maraqlanan insanlar tərəfindən edilir. Bu zaman siz də öz iPhone 15 səhifənizi istifadəçilərin görmək istədiyi məlumatlarla zənginləşdirməli və istifadəçinin axtarış edərkən görmək istədiyi detalları istifadəçiyə ötürməlisiniz.


#3 Crawl büdcəsini optimizasiya etmək


Crawl büdcəsi Google axtarış motoru üçün ən vacib sıralama faktorlarından biridir. Hər sayt müxtəlif crawl, yəni tarama büdcələrinə sahibdir. Bu büdcə saytınızdakı səhifələrin taranması və indekslənməsi (Google axtarış nəticələrində göstərilməsi) üçün istifadə olunur. Google üçün ən vacib olan faktor, saytların bu tarama büdcəsini mənasız yerə xərcləməməsidir. Əgər saytınızda çoxlu sayıda 404 xətası verən səhifə varsa, dublikat səhifə problemi mövcuddursa və ya saytınızdakı səhifələr Google botu tərəfindən çətinliklə tapılırsa, bu tarama büdcənizin yanlış xərclənməsinə və ümumi SEO performansınızın aşağı düşməsinə səbəb olacaq. Bu səbəbdən saytınızdan davamlı olaraq işləməyən URL-ləri təmizləməli, sayt strukturunuzu yaxşılaşdırmalı və bütün səhifələrin rahatlıqla tapıla bilən olmasını təmin etməlisiniz.


#4 Google E-E-A-T faktorlarına diqqət etmək


Google E-E-A-T faktorları saytın Google axtarış motoru tərəfindən təhlükəsiz, faydalı və önəmli sayt olaraq görülməsini təmin edən faktorlardır. E-E-A-T sıralama faktoru olmasa da, saytın ümumi SEO performansına ciddi təsir göstərir. 


Biznesinizin real bir biznes olduğunu saytınız vasitəsilə göstərmək, məzmunlarınızın sahənizdə təcrübəli olan insanlar tərəfnidən yazıldığının siqnalını axtarış motoruna ötürmək və saytınızın keyfiyyətini artırmaq E-E-A-T optimizasiyası üçün avacibdir.


Saytınızda müştəri rəylərinə yer vermək, biznesiniz üçün vacib olan sertifikatları və akkreditasiyaları saytınızda nümayiş etdirmək, məzmunlarınızın keyfiyyətini artırmaq saytınızın E-E-A-T qaydalarına uyğun şəkldə optimizasiya olunmasını təmin etmək üçün faydalı yollardır.


#5 Lokal SEO


Lokal SEO uzun illərdir ki, SEO üçün vacib bir strategiyadır. Lakin son illərdə Google axtarış nəticələrində rəqabət səviyyəsinin artması, insanların lokal axtarışlara yönəlməsinə səbəb olub. Lokal axtarışlarda ilk sıralara gəlmək nisbətən daha asan olduğu üçün, siz də saytınızın lokal SEO optimizasiyasını edərək Google axtarış nəticələrində ilk sıralarda görünə bilərsiniz.


Saytınızı lokal axtarışlar üçün optimizasiya etmək istəyirsinizsə, ilk növbədə saytınızda coğrafi başlıqlardan, açar sözlərindən və Schema əlavəetmələrindən istifadə etməlisiniz. Paralel olaraq Google My Business hesabınızın optimizasiyasını həyata keçirərək lokal SEO-da qabağa çıxa bilərsiniz.


#6 Köhnə məzmunları yeniləmək


Bir çox insan SEO-da köhnə məzmunları yeniləməyin vacibliyini gözdən qaçırdır. Halbuki, köhnə məzmunları yeniləmək saytınızın SEO performansını artırmağa çox kömək edir. 6 aydan öncə paylaşılan və heç yenilənməyən məzmunlarınıza yeni açar sözlər, cümlələr, şəkillər əlavə etmək, mövcud paraqrafları yenidən daha yaxşı hala gətirmək həmin məzmunların Google axtarış nəticələrindəki performansına müsbət təsir göstərəcək.


#7 Şəkil və video istifadəsi


Saytınızdakı məzmunlarda əlaqəli şəkil və videolardan istifadə etmək həmin məzmunu zənginləşdirməyinizə kömək edəcək. Məzmun daxilində şəkil və video istifadə etmək son illərdə çox populyardır. Bu strategiyanın SEO performansına müsbət təsir göstərdiyi bilinir. Bu səbəbdən məzmunlarınızı şəkil və videolarla zənginləşdirin.


#8 Saytınızın mobil uyğunluğunu təmin edin


Hər zaman olduğu kimi, bu il də saytın mobil cihazlar üçün optimizasiya olunmuş olması ən vacib SEO sıralama faktorları arasındadır. Google uzun illərdir ki, saytları mobil performansına görə dəyərləndirir. Bu səbəbdən əgər saytınız mobil cihazlarda açılmırsa, yavaş açılırsa və ya saytın mobil görünümündə xətalar varsa, bu birbaşa olaraq SEO performansınıza təsir göstərəcək.


SEO trendlərindən necə faydalana bilərik?


Hər il SEO trendləri dəyişir. Bu trendləri öyrənmək və bu trendlər ilə uyğunlaşmaq saytlarımızın SEO performansı üçün vacibdir. Bunun üçün siz həm öz sektorunuzda fəaliyyət göstərən həm də digər sektorlardan olan saytları davamlı şəkildə analiz etməli və saytların SEO cəhətdən hansı addımları atdığını analiz etməlisiniz. Əlavə olaraq, saytımızda davamlı olaraq paylaşdığımız SEO bloqlarını oxuyaraq trendlər haqqında məlumat sahibi ola bilər və onlardan necə faydalana biləcəyinizi öyrənə bilərsiniz.



Order successfuly sending