WordPress Nədir? WordPress Saytların Müsbət və Mənfi Cəhətləri
WordPress Nədir?
WordPress, müasir dünyada ən populyar açıq mənbəli məzmun idarəetmə sistemlərindən (CMS) biridir. İlk dəfə 2003-cü ildə sadə bir blog platforması olaraq yaranmasına baxmayaraq, zaman keçdic xbvcx kcə xüsusilə genişlənmiş və hər cür saytın yaradılmasında istifadə olunan güclü bir alətə çevrilmişdir. WordPress PHP proqramlaşdırma dili üzərində qurulmuşdur və məlumat bazası olaraq MySQL istifadə edir. Onun açıq mənbəli olması onu unikal edir, yəni hər kəsin mənbə kodunu dəyişdirə və onu öz ehtiyaclarına uyğun tərtib edə bilməsi deməkdir.
Texniki tərəfdən baxıldığında, WordPress həm də geniş plugin (əlavə) və tema dəstəyinə sahibdir. Bu onu son dərəcə fərdiləşdirilə bilən bir sistem halına gətirir. Saytın funksionallığını genişləndirmək üçün minlərlə pulsuz və pullu plugin mövcuddur ki, bunlar vasitəsilə e-ticarət, forum, sosial şəbəkə kimi geniş miqyaslı layihələr həyata keçirmək mümkündür. Bundan əlavə, temalar vasitəsilə saytın dizaynını istədiyiniz kimi qurmaq asan olur.
WordPress-in təməlində "modulların sadə inteqrasiyası" prinsipi dayanır. Yəni, hər hansı bir yeni funksiya əlavə etmək üçün kod yazmağa ehtiyac yoxdur. Hər şey bir neçə kliklə həyata keçirilir. Bu da onu texniki biliyi olmayan istifadəçilər üçün ideal hala gətirir. Bununla belə, təcrübəli veb inkişaf etdiriciləri üçün WordPress sonsuz imkanlar yaradır, çünki istənilən ölçüdə və komplekslikdə bir saytı yaratmaq mümkündür.
WordPress-in Arxitekturası və Texniki Təməli
WordPress-in gücü onun açıq mənbəli olması və geniş inkişaf icması tərəfindən dəstəklənməsindən qaynaqlanır. PHP dilində yazılmış bu platforma MySQL və ya MariaDB kimi verilənlər bazası ilə işləyir. Bununla belə, WordPress-in texniki arxitekturası ilə tanış olmaq, onun daha effektiv istifadə edilməsini təmin edir.
Templating Sistemi (Şablon Sistemi)
WordPress-in şablon sistemi temalar vasitəsilə idarə olunur. Temalar, sayta vizual görünüş və istifadəçi təcrübəsi təqdim edir. Lakin inkişaf etdiricilər üçün ən əhəmiyyətli tərəf, mövcud temalarla işləmək deyil, sıfırdan öz temalarını yaratmaqdır. Sage, Underscores və Roots kimi tema skeletləri minimal kodlarla inkişaf etdiricilərə tam nəzarət imkanı verir və optimallaşdırma işlərini asanlaşdırır.
Verilənlər Bazasının İdarə Edilməsi
WordPress-də məzmunlar əsasən MySQL üzərində saxlanılır və bu verilənlər bazası sorğular vasitəsilə işlənir. İnkişaf etdiricilər, verilənlər bazasının yüklənməsini optimallaşdırmaq üçün WP-CLI və Query Monitor kimi alətlərdən istifadə edirlər. Bu alətlər vasitəsilə yüklənmə müddətlərini azalda, verilənlər bazasındakı sorğuların sürətini artırmaq mümkündür.
WordPress Saytların Qurulması
Bir mütəxəssis üçün WordPress ilə saytı qurmaq bir neçə mərhələdən ibarətdir. Hər bir mərhələ müvafiq optimallaşdırmalar və xüsusiyyətlərin tətbiq edilməsi ilə əlaqədardır. Burada hər bir addımı detallı şəkildə izah edəcəyik.
Hosting və Server Seçimi
Birinci mərhələdə, saytınızın yerləşdirilməsi üçün uyğun bir hosting provayderi seçməlisiniz. Nginx, Apache və ya LiteSpeed kimi serverlər WordPress ilə mükəmməl işləyir. Xüsusilə LiteSpeed serveri, özəlliklə WordPress üçün optimallaşdırılmışdır və LiteSpeed Cache pluginini istifadə etməklə saytın performansını artırmağa kömək edir.
Tema və Pluginlərin Seçilməsi
Temaların seçilməsi saytın görünüşü və funksionallığı üçün kritikdir. Minimal temalar (bare-bones) istifadə etməklə saytınızın daha sürətli və yüngül işləməsini təmin edə bilərsiniz. Sage və Underscores kimi minimal temalar inkişaf etdiricilərə geniş imkanlar yaradır. Bu temalar sıfırdan bir dizayn yaratmağa və istənilən funksionallıqları öz ehtiyacınıza uyğun əlavə etməyə imkan verir.
Pluginlər isə saytın funksionallığını artırmaq üçün istifadə olunur. Lakin çoxlu pluginlərdən istifadə etmək saytı yavaşlada bilər. Burada vacib olan, sadəcə saytınızın əsas ehtiyaclarına cavab verən pluginlərdən istifadə etməkdir. RankMath SEO, Advanced Custom Fields (ACF) və WooCommerce kimi pluginlər bu məqsədlə ən çox istifadə edilənlər sırasındadır.
Custom Post Types (Xüsusi Yazı Tipləri)
WordPress standartda sadəcə yazı və səhifələrlə məzmun yaradılmasına imkan verir. Lakin Custom Post Types (CPT) vasitəsilə siz xüsusi məzmun tipləri yarada bilərsiniz. Məsələn, bir portfolyo saytında “Layihələr” adlı xüsusi yazı tipi yarada bilərsiniz ki, bu da saytı idarə etməyi asanlaşdırır. Bunun üçün register_post_type funksiyasından istifadə edilir.
Caching və Performansın Optimallaşdırılması
Saytınızın yüklənmə müddətini sürətləndirmək üçün keşləmə (caching) çox vacibdir. WordPress-də Object Cache, Page Cache və Browser Cache kimi keşləmə texnologiyalarını tətbiq etmək mümkündür. Redis, Memcached və Varnish kimi keşləmə alətləri məlumat bazasından sorğuları sürətləndirməyə kömək edir. CDN (Content Delivery Network) istifadəsi də saytın sürətini artıran önəmli bir amildir.
WordPress Saytların Müsbət Cəhətləri
WordPress-in bir çox üstünlükləri var və bu səbəbdən geniş istifadə edilir. Lakin ekspert səviyyəsində onun bəzi spesifik güclü tərəfləri aşağıdakı kimidir:
- Açıq mənbə olması: WordPress-in açıq mənbəli olması inkişaf etdiricilərə tam sərbəstlik verir.
- Geniş ekosistem: Minlərlə pulsuz və pullu plugin və tema mövcuddur, bu da saytın funksionallığını asanlıqla artırmağa imkan verir.
- SEO dostu: Standartda WordPress SEO-ya uyğun qurulub, lakin Yoast SEO və Rank Math kimi pluginlərlə SEO prosesi daha da inkişaf etdirilə bilər.
- Genişlənmə imkanı: WordPress yalnız blog və ya sadə saytlar üçün deyil, mürəkkəb e-ticarət platformaları və hətta korporativ veb tətbiqlər üçün də istifadə edilə bilər.
- İstifadəsi asan interfeys: Texniki bacarıqları olmayan istifadəçilər üçün belə WordPress administrativ paneli asan idarə edilir.
WordPress Saytların Mənfi Cəhətləri
WordPress-in bəzi məhdudiyyətləri və problemləri də mövcuddur. Xüsusilə mütəxəssislər üçün aşağıdakı çatışmazlıqlar nəzərə alınmalıdır:
- Təhlükəsizlik zəiflikləri: WordPress-in geniş yayılması onu hakerlər üçün hədəf halına gətirir. Pluginlər və temalar vasitəsilə təhlükəsizlik boşluqları yarana bilər.
- SEO problemləri: WordPress saytlarda SEO optimizasiya üçün lazım olan bütün xüsusiyyətlər olsa da, saytın texniki strukturu SEO tərəfdən ciddi problemlərin yaranmasına səbəb ola bilir. WordPress saytlarda ən çox görülən SEO problemləri arasında sayt sürəti problemləri, fərdiləşdirmə və modul istifadələri yer alır.
- Performans problemləri: Çoxlu pluginlərdən istifadə etdikdə saytın yüklənmə sürəti aşağı düşür. Yaxşı optimallaşdırılmayan saytlar performans problemləri ilə üzləşə bilər.
- Verilənlər bazasının yüklənməsi: Böyük məlumat bazaları ilə işləyən saytlar zaman keçdikcə yavaş işləməyə başlaya bilər. Bunun üçün verilənlər bazasını mütəmadi olaraq optimallaşdırmaq lazımdır.
- Versiya uyğunluğu: WordPress yeniləmələri bəzən pluginlər və temalarla uyğunluq problemi yarada bilər, bu isə saytın fəaliyyətinə mənfi təsir göstərə bilər.
WordPress Korporativ Saytlar Üçün Uyğundur?
Korporativ saytlar üçün WordPress uyğun deyil. WordPress hər nə qədər ilkin mərhələdə bir sayt üçün lazım olan bütün xüsusiyyətləri sizə versə də, iləriki zamanlarda saytın fərdiləşdirilməsində, SEO optimizasiyasında və sayt sürətində ciddi problemlər yarada bilər. Bu səbəbdən xüsusi olaraq hazırlanan saytlar korporativ saytlar üçün daha uyğun ola bilər.