Kreativ Kopirayter

Əgər sözlərlə sehr yaradırsansa, brendi bir cümlə ilə tanıtdıra bilirsənsə və Reels ideyalarınla diqqət cəlb etməyi bacarırsansa – sən bizim axtardığımız insansan!

Vəzifəyə dair tələblər və bacarıqlar:
    • Minimum 2 il kopiraytinq təcrübən (agentlik təcrübəsi üstünlükdür)
    • Azərbaycan və Rus dillərində sərbəst yazıb danışma, İngilis dili isə əlavə bonus
    • Kreativ təfəkkürün, güclü yazı və araşdırma bacarıqları 
    • Reels, video skript və sosial media kontenti yaratmaq
Vəzifə öhdəlikləri:
    • Brendlər üçün satış yönümlü və cəlbedici məzmunlar yazmaq (reklam mətnləri, sosial media postları, bloglar, video skriptlər və s.)
    • Kreativ komandamızla sıx işləmək – dizaynerlər, smm mütəxəssisləri, məhsul sahibi
    • Kontent trendlərini izləmək, rəqibləri təhlil etmək və kontent auditi aparmaq
    • Yazdıqlarını həm marka üslubuna, həm də SEO standartlarına uyğunlaşdırmaq
Biz sənə nə təklif edirik?
    • İşrafiki: B.e – Cümə, 09:00 – 18:00 
    • Yaradıcı azadlıq və ideyalarını reallaşdırmaq üçün motivasiyalı komanda
    • Müasir ofis, rahat iş şəraiti 
    • Bacarıqlarını inkişaf etdirmək və portfolionu gücləndirmək üçün layihələr

Faylı seç və ya buraya atın

PDF, DOC, DOCS (maksimum ölçü 5 MB)
Fayl seçilməyib
Order successfuly sending