Müştəri:
Azem & Partners — 2007-ci ildə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydiyyata alınmış, beynəlxalq miqyasda fəaliyyət göstərən tam xidmətli hüquq və vergi konsaltinq şirkətidir. Şirkət həm yerli, həm də beynəlxalq hüquqi məsələlər üzrə peşəkar xidmətlər təqdim edir və öz fəaliyyətini kompetentlik, məxfilik, effektivlik və fərdi yanaşma prinsipləri üzərində qurur. Komandada müxtəlif hüquq sahələri üzrə ixtisaslaşmış təcrübəli mütəxəssislər bir araya toplanıb.
Tapşırıq:
Azem & Partners üçün sosial mediada müasir, etibarlı və ekspert hüquqi tərəfdaş obrazını formalaşdırmaq. Brendin tanınmasını artırmaq, potensial müştərilər və B2B auditoriyası ilə əlaqələri gücləndirmək, həmçinin şirkətin dəyərlərini və fəaliyyət sahələrini vurğulamaq məqsədilə strategiya hazırlanmalı idi.
Həll:
Make Agency, etimad və peşəkarlığı ön plana çəkən bir sosial media strategiyası hazırladı. Biz şirkətin əsas fəaliyyət sahələrini, hüquq və vergi mövzularını işıqlandıran, eyni zamanda Azem & Partners-in müştəriyönümlü yanaşmasını və dəyərlərini əks etdirən peşəkar və sadə məzmunlar hazırlayırıq. Məzmun şirkətin hüquqi xidmətlər bazarında güclü və etibarlı imicini möhkəmləndirməyə xidmət edir.