Müştəri:
Cargo Logistic — ABŞ-dan avtomobil daşınması və beynəlxalq daşımalar sahəsində kompleks xidmətlər göstərən logistika şirkətidir. Şirkət müştərilərə auksionda avtomobil seçimindən tutmuş, son təhvilə qədər bütün mərhələlərdə dəstək olur. Şəffaf şərtləri, sərfəli tarifləri və etibarlı yanaşması ilə Cargo Logistic həm fərdi müştərilər, həm də avtomobil dilerləri arasında inam qazanmışdır.
Tapşırıq:
Cargo Logistic-in sosial şəbəkələrdə xidmətlərini tanıtmaq üçün ardıcıl SMM strategiyası yaratmaq — şirkətin etibarlılığı, şəffaf fəaliyyəti və müştəriyönümlü yanaşmasını önə çəkməklə.
Həll:
6 aydan artıqdır ki, biz Cargo Logistic-in sosial media fəaliyyətini həyata keçiririk. Vizual olaraq cəlbedici və satış yönümlü postlar hazırlayırıq. Paylaşımlarda ABŞ-dan avtomobil gətirməyin üstünlükləri, qiymət şəffaflığı və partnyor şərtləri önə çıxarılır. Eyni vizual stil üzərində qurulan dizayn dili brendin tanınmasını gücləndirir.