Müştəri:
“SmartOn” məişət texnikası və elektronika satışı sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biri olmaqla yanaşı, “LG Electronics”, “Panasonic”, “Gree” və “Daikin” kimi brendlərin rəsmi distribütorudur.
Tapşırıq:
Brendin tanınma səviyyəsini və satışları artırmaq üçün sosial şəbəkə səhifələrinin yaradılması və aparılması.
Həll:
Qarşıya qoyulan məqsədlərə çatmaq üçün çoxşaxəli təşviq strategiyası hazırlandı və tətbiq olundu. Səhifələr üçün unikal dizayn həlləri yaradıldı, hədəf auditoriyası və hədəfli reklamlar tənzimləndi. Auditoriyanın marağını artırmaq məqsədilə müntəzəm olaraq kontent yeniləmələri həyata keçirilir.