Müştəri:
STV Global — müxtəlif sənayelərdə fəaliyyət göstərən təşkilatlara İT inkişafı, biznes konsaltinqi, rəqəmsal transformasiya və layihə idarəetməsi üzrə peşəkar həllər təqdim edən beynəlxalq texnologiya şirkətidir.
Tapşırıq:
Şirkətin xidmətlərini aydın və strukturlaşdırılmış şəkildə təqdim edən, müasir korporativ kimliyə uyğun professional vebsayt yaratmaq. Məqsəd həm yerli, həm də beynəlxalq müştərilər üçün etibarlı və informativ onlayn platforma formalaşdırmaq idi.
Həll:
Biz STV Global üçün funksional, adaptiv və vizual cəhətdən müasir vebsayt hazırladıq. Struktur, naviqasiya və kontent memarlığı elə quruldu ki, şirkətin xidmət istiqamətləri, dəyərləri və təcrübəsi istifadəçiyə maksimum rahatlıqla çatdırılsın. Yeni vebsayt korporativ üsluba tam uyğunlaşdırıldı və brendin peşəkar imicini gücləndirdi.