Bloq

SEO ilə Satışları Artırmaq Üçün 7 Strategiya

seo-ile-satislari-artirmaq66ca0c9f70343.png
seo-ile-satislari-artirmaq66ca0c9f70343.png

Ramil Səmədov

Texnologiya İnzibatçısı / Təsisçi 24 avqust, 2024

Bu yazıda SEO ilə satış artırmaq mövzusu haqqında danışacağıq. Daha əvvəlki yazılarımızda SEO nədir haqqında lazım olan məlumatları sizə çatdırdıq. İndi isə SEO ilə satışlarınızı necə artıra biləcəyinizi və SEO ilə satış artırmaq üçün tətbiq olunan strategiyaları danışacağıq.


SEO ilə satışları artırmaq


Hər bir biznesin ayaqda qalması üçün satışlarını artırması vacibdir. SEO xidməti isə satışları artırmaq üçün ən vacib rəqəmsal marketinq strategiyalarından biri olmağa davam edir. Xüsusilə elektron ticarət saytlarında SEO strategiyalarını bilmək və tətbiq etmək, axtarış nəticələrində hədəf kütlənizin qarşısına çıxmaq və potensial müştəriləri real müştəriyə çevirmək olduqca vacibdir.


Dünyada rəqabətin artması və marketinq strategiyalarının daha da çətinləşməsi ilə birlikdə SEO-da günü-gündən çətinləşir. Bu səbəbdən SEO ilə satışları artırmaq üçün hansı texnikalardan istifadə etməli olduğunuzu, hansılarından isə ümumiyyətlə uzaqlaşmalı olduğunuzu bilmək çətin ola bilər. Bu yazıda SEO ile satislari artirmaq üçün tətbiq edə biləcəyiniz taktikalar haqqında məlumatlar verəcəyik.


#1 Açar sözləri doğru işlədin


Açar sözlər SEO-nun onurğa sütunudur. SEO ilə satışları artırmaq üçün doğru açar sözləri tapmaq vacib olduğu qədər, onlardan düzgün şəkildə istifadə etmək də vacibdir. Markanız üçün vacib olan açar sözləri tapmaq üçün Google Keyword Planner, Semrush və ya Ahrefs alətlərindən istifadə edə bilərsiniz. Əgər saytınız yenidirsə, yüksək axtarış həcminə və yüksək rəqabət səviyyəsinə sahib açar sözləri hədəfləmək düzgün olmaz. Bunun yerinə yüksək axtarış həcmi zəif rəqabət səviyyəsinə sahib açar sözləri hədəfləyərək saytın trafikini artırmağa başlaya bilərsiniz.


Bundan əlavə olaraq, açar sözləri hədəfləyəcəyiniz səhifələri də düzgün optimizasiya etməlisiniz. Hədəflədiyiniz açar sözləri səhifənin mövzu başlıqlarında, linkində (URL), məzmun daxilində, meta məlumatlarında və şəkil açıqlamalarında istifadə etməlisiniz


#2 Güclü məzmun yaradın


SEO-da güclü məzmuna sahib olmaq çox vacibdir. Nəticədə, istifadəçiləri səhifənizə çəkən və açar sözləri ən yaxşı şəkildə hədəfləyə biləcəyiniz yer məzmundur. Bu səbəbdən məzmununuzun SEO optimizasiyasına diqqət etməlisiniz.


Məzmununuz müxtəlif açar sözləri hədəfləmək üçün yaradılan süni məzmun olaraq görülməməlidir. Bu həm SEO cəhətdən düzgün olmaz, həm də istifadəçilər məzmunun keyfiyyətindən narazı qalaraq səhifədən uzaqlaşacaq. Məzmunlarınızı potensial müştərilərinizin diqqətini cəlb edəcək formada hazırlamalısınız. 


Məzmunla bağlı verə biləcəyimiz bir digər tövsiyyə isə, əlaqəli məzmunlar yaratmağınızdır. Saytınızın, məhsullarınızın və ya xidmətlərinizin mövzusu ilə əlaqəsiz məzmunlar yaratmaq saytınıza saxta trafik çəkməkdən başqa heç bir işə yaramayacaq və satışlarınızı artırmayacaq.


#3 Kateqoriya səhifələrinizi gücləndirin


Xüsusilə elektron ticarət saytları üçün kateqoriya səhifələri olduqca vacibdir. Bu səhifələrdə açar söz hədəfləmələrinin düzgün aparılması, güclü kontentlər yerləşdirilməsi, səhifənin xarici SEO optimizasiyasına diqqət edilməsi olduqca vacibdir.


Məhsul kateqoriyaları səhifənizdə optimizasiya edə biləcəyiniz elementlər arasında səhifənin məzmunu, daxili linkləri, səhifənin dizaynı, meta məlumatları, hədəflənən açar sözlər yer alır.


#4 Saytınızın mobil uyğunluğunu təmin edin


Saytın mobil cihazlar üçün asanlıqla istifadə edilə bilən olması, SEO ilə satışları artırmaq istəyənlər üçün vacib faktorlardan biridir. İndiki gündə insanlar axtarışlarını böyük ölçüdə mobil cihazlardan edirlər. Demək olar ki, bir çox saytın əsas trafikinin 70-80% qismi mobil cihazlardan gəlir. Bu səbəbdən saytların mobil cihazlar üçün optimizasiya olunmuş olması vacibdir.


Saytınızı mobil cihazlar üçün optimizasiya etmək üçün diqqət edə biləcəyiniz elementlər arasında mətnlərdəki şrift ölçüləri, məhsul satış səhifəsi, səbət səhifəsi, saytın mobil ekran ölçülərinə uyğunluğu, düymə (button) ölçüləri yer alır.


#5 Lokal SEO-ya üstünlük verin


Lokal SEO son günlərdə markaların ən çox fokuslandığı sahələrdən biridir. Əgər biznesiniz müəyyən bir ərazi üçün xidmət göstərirsə, o zaman saytınızı da buna uyğun şəkildə optimizasiya etməlisiniz. Nümunə olaraq, əgər “Su filterləri” saytınız varsa və siz sadəcə Nərimanov bölgəsi üçün xidmət göstərirsinizsə, saytınızı “Nərimanov Su Filterləri” kimi açar sözlər üzrə optimizasiya etməlisiniz. Lokal SEO optimizasiyası zamanı biznesinizin Google My Business hesabını da optimizasiya etməyi düşünə bilərsiniz.


#6 Səhifə daxili SEO optimizasiyasına diqqət edin


Saytınızın trafikini və potensial müştərilərini SEO yolu ilə artırmaq istəyirsinizsə, səhifə daxili SEO optimizasiyasını diqqətli şəkildə həyata keçirməlisiniz. Saytınızı hədəf kütləniz üçün əlçatan hala gətirmək, əsas açar sözlərə saytda yer vermək, axtarış sisteminin saytınızı tapmasını asanlaşdırmaq və saytınızı zənginləşdirmək səhifə daxili SEO optimizasiyasında sizə kömək edəcək. Əgər saytınızda səhifə daxili SEO optimizasiyası etmək istəyirsinizsə, diqqət edə biləcəyiniz elementlərdən bəziləri aşağıdakı kimidir:


  • Açar sözü hədəfləyən unikal səhifə başlıqlarından istifadə edin
  • Sayt sürətinizi artıraraq istifadəçi təcrübəsini artırın
  • Açar sözləri hədəfləyən, SEO-ya və hədəf kütlənin maraqlarına uyğun məzmunlar yaradın
  • Məzmun daxilində başlıqlardan (H etiketlərindən) istifadə edin
  • Məzmun daxilində əlaqəli məzmunlara daxili linklər verin
  • Asan oxuna bilən, qısa və kontekstual URL strukturuna sahib olun


#7 Məhsul səhifənizi optimizasiya edin


Elektron ticarət saytları üçün vacib olan elementlərdən biri də, məhsul səhifələridir. Məhsul səhifələrində məhsulun xüsusiyyətləri ilə bağlı detallı açıqlama yerləşdirmək, daxili link strukturunu yaxşılaşdırmaq və məhsul səhifəsinin meta məlumatlarını yaxşılaşdırmaq saytınızın ümumi SEO performansını yaxşılaşdıracaq.


Order successfuly sending