SEO Mütəxəssisi Kimdir? Nə İş Görür? Vəzifələri Nələrdir?
Bir veb saytın bütün SEO optimizasiya prosesini idarə edən mütəxəssisə SEO mütəxəssisi deyilir. Biz bu yazımızda SEO mütəxəssisi kimdir, SEO mütəxəssisi nə iş görür, SEO mütəxəssisinin vəzifələri, SEO mütəxəssisi iş prosesi mövzularına toxunacağıq.
SEO mütəxəssisi kimdir?
SEO mütəxəssisi bir veb saytın axtarış motorlarındakı performansını yaxşılaşdırmaq üçün səhifə-daxili SEO, texniki SEO və səhifə-xarici SEO proseslərinin hamısını idarə edən mütəxəssisdir. SEO mütəxəssisi saytın Google, Bing və Yandex kimi axtarış motorlarında daha yaxşı performans göstərməsini təmin etmək üçün müxtəlif SEO həlləri tapır və onları tətbiq edir.
SEO mütəxəssisi Google axtarış motorunun qayda-qanunlarına tabedir və saytlar üçün yalnız təhlükəsiz sayıla bilən SEO optimizasiya atmalıdır. Bu səbəbdən hər hansı bir SEO mütəxəssisi ilə işləməzdən əvvəl həmin mütəxəssisin iş etikası, təcrübəsi və keçmiş işləri haqqında araşdırmalar etməlisiniz.
SEO mütəxəssisinin vəzifəsi nədir?
SEO mütəxəssisi agentlik daxilində, şirkət daxilində və ya sərbəst fəaliyyət göstərə bilər. Hansı formada işlədiyindən asılı olmayaraq SEO mutexessisi vəzifələri eynidir. SEO mutexessisleri vəzifələri aşağıdakı kimidir:
- Saytın axtarış motorlarındaki sıralamasını artırmaq
- Saytın trafikini artırmaq
- SEO strategiyasını tam şəkildə tətbiq etmək
- SEO kampaniyasını idarə etmək
- Məzmun yaradılmasında birbaşa olaraq prosesi idarə etmək
- Açar söz araşdırması, rəqib analizi və bazar analizi etmək
- Səhifə-xarici SEO və backlink kampaniyalarını idarə etmək
- SEO hədəfləri qoymaq və həmin hədəflərlə bağlı irəliləyişləri diqqətdə saxlamaq
- Sayt daxili texniki xətaların həllini təmin etmək
- Sayta gələn trafikin satışa dönüşməsi üçün marketinq və UX/UI təklifləri vermək
- Saytın SEO vəziyyəti ilə bağlı aylıq hesabat vermək
SEO mütəxəssisi olmaq üçün nə etmək lazımdır?
SEO mütexessisi olmaq üçün hər hansı bir xüsusi təhsil almağınıza ehtiyac yoxdur. İnternetdəki resurslar vasitəsilə özünüzü SEO sahəsində inkişaf etdirə bilərsiniz. Nəzəri biliklərinizi möhkəmləndirdikdən sonra isə bu sahədə iş təcrübəsi qazanaraq SEO mütəxəssisi ola bilərsiniz.
SEO mütəxəssisi maaşı nə qədərdir?
SEO specalist və ya SEO mütəxəssisi maaşları Azərbaycanda 1000 AZN ilə 3000 AZN aralığında dəyişir. SEO mütəxəssisinin göstərdiyi xidmətə bağlı olaraq maaşda artım və ya azalma ola blər.
Ödənişsiz kurslarla SEO mütəxəssisi olmaq mümkündür?
Ödənişsiz kurslarla sadəcə SEO barədə nəzəri biliklər qazana bilərsiniz. Qazandığınız bilikləri hər hansı bir sayt üzərində tətbiq etmədikcə bu məlumatlar sadəcə nəzəri olaraq qalacaq. Əlavə olaraq, SEO çox dinamik işdir və hər SEO prosesi eyni olmur. Bu səbəbdən real iş təcrübəsi olmadan SEO mütəxəssisi ola bilməzsiniz.
SEO mütəxəssisində olmalı olan bacarıqlar nələrdir?
Hər bir SEO mütəxəssisi müxtəlif bacarıqlara sahib olmalıdır. Bu bacarıqlar:
- Analitik düşünmə bacarığı
- Statistikaları oxumaq bacarığı
- İstifadəçi davranışını doğru dəyərləndirmə bacarığı
- Qərar vermə qabiliyyəti
- Kommunikasiya bacarığı
- Stress vəziyyətində işləmə bacarığı
SEO prosesləri kompleksdir və çox vaxt birdən çox tərəfin prosesə daxil olmasına ehtiyac olur. Bir çox SEO kampaniyasında SEO mütəxəssisi məzmun komandası, marketinq komandası və IT komandası ilə birgə fəaliyyət göstərir. Bu səbəbdən SEO mütəxəssisinin öz yumşaq bacarıqları iş prosesində çox böyük fərq yaradır.
SEO vakansiyalarını necə tapa bilərəm?
SEO vakansiyası tapmaq üçün iş elanları saytlarına nəzər sala bilərsiniz. Azərbaycanda SEO vakansiyalari üçün ölkədəki rəqəmsal marketinq agentliklərini nəzərdə saxlamağınızı tövsiyyə edirik.
Make.az SEO mütəxəssisləri işlərinizi necə həll edir?
Make.az olaraq SEO mütəxəssislərindən ibarət komandamız ilə sizlərə SEO dəstəyi göstəririk. SEO həllərimizik müəyyən açar sözlərdə yaxşı sıralamalar əldə etməkdən əlavə, saytınızın ümumi vəziyyətini yaxşılaşdırmağı hədəfləyirik. Bu sayədə saytınızın ümumi SEO performansını artırırıq. SEO mütəxəssislərindən ibarət komandamız ilə SEO zamanı daima sizinlə kommunikasiya halında olur və şəffaf bir xidmət prosesini təmin edirik.